NASA-nın kosmik zondu Günəşə rekord yaxınlıqda yaxınlaşacaq
    • Dünən, 22:19
    • 93

NASA-nın kosmik zondu Günəşə rekord yaxınlıqda yaxınlaşacaq

NASA-nın "Parker Solar Probe" kosmik zondu Günəşə tarixi yaxınlıqda yaxınlaşacaq. Bu zond ulduza indiyə qədər göndərilən obyektlərdən daha çox yan alacaq. 

News24.az xəbər verir ki, bu barədə "Amerikanın Səsi" məlumat yayıb.

Bildirilir ki, "Parker Solar Probe" 2018-ci ildə Günəşi yaxın məsafədən öyrənmək məqsədilə buraxılıb. Həmin vaxtdan etibarən o birbaşa Günəşin tacı vasitəsilə uçuş həyata keçirib.

Zondun növbəti vəzifəsi Günəşə daha da yaxınlaşmaq olacaq. Planlaşdırılır ki, bu çərçivədə o, çərşənbə axşamı günəş atmosferinin ən isti qatından keçərək ulduzun səthindən cəmi 6 milyon kilometr məsafədə uçacaq.

"Əgər Günəş və Yer futbol meydançasının əks uclarında yerləşsəydi, "Parker" 4 yard (3,6 metr) xəttində olardı", deyə NASA-dan alim Co Vestleyk jurnalistlərə izah edib.

Qeyd edilir ki, zondun Günəşə yaxın uçuşu ilə bağlı məlumatlar yalnız bir neçə gün sonra tədqiqatçılara çatacaq. Bu, aparatın müəyyən müddət ərzində rabitə zonası xaricində olacağı ilə əlaqəlidir.

Alimlər bildiriblər ki, "Parker Solar Probe" Günəşə yaxınlaşdığı zaman 690 000 km/saat sürətinə çatacaq. Bu, indiyə qədər yaradılan ən sürətli kosmik aparatdır. Zond istiliyə davamlı ekranla təchiz edilib və 1 371°C-ə qədər yüksək temperatur şəraitinə dözümlüdür.

Məlumata görə, "Parker Solar Probe" ən azı sentyabr ayına qədər Günəşə yaxın məsafədə orbitə davam edəcək. Alimlər Günəş tacının səthdən yüzlərlə dəfə daha isti olmasının səbəbini və günəş küləyini hərəkətə gətirən qüvvələri öyrənmək istəyirlər./qaynarinfo