Bakıda temperatur 40 dərəcəyə çatdı - Faktiki hava
    • 9-07-2023, 12:19
    • 231

Bakıda temperatur 40 dərəcəyə çatdı - Faktiki hava

Bakıda temperatur 40 dərəcəyə çatıb.

News24.az xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, iyulun 8-də Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 6 dərəcə yuxarı olub.

Belə ki, temperatur Bakıda və Abşeron yarımadasında 40, Naxçıvanda və Aran rayonlarında 35-40, dağlıq rayonlarda isə 32 dərəcəyə çatıb.

G.Məmmədova deyib ki, günəşli hava şəraiti bu gün də davam edəcək.