Türkiyədə zəlzələ oldu
    • 6-10-2024, 18:02
    • 381

Türkiyədə zəlzələ oldu


Türkiyənin Çanaqqala şəhərinin sahilində 4,2 maqnitudalı zəlzələ olub.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri Ayvacık rayonundan 52,08 km məsafədə – Egey dənizində qeydə alınıb. Zəlzələnin ocağı 24,16 km dərinlikdə yerləşib.

Tələfat və dağıntı barədə məlumat verilməyib