-
- 6-10-2024, 16:49
- 232
Qladiatorlar niyə kül yeyiblər? - İlginc fakt
Qədim Roma dedikdə ilk ağla gələnlərdən biri də qladiatorlardır. Onlar xüsusi rejimdə yaşayır və indiki peşəkar idmançılar kimi qidalanma rejiminə çox ciddi əməl edirdilər.
News24.az Publika.az-a istinadən xəbər verir ki, Türkiyədəki Efes antik şəhərində tapılmış nümunələrin analizi qladiatorlarla bağlı maraqlı faktları üzə çıxarıb. III əsrə aid qladiator skeletlərinin analizi zamanı sümüklərdə böyük həcmdə stronsium (Sr) izotopları aşkar edilib. Bu da, qladiatorların əsasən bitki ilə qidalandıqlarını sübut edir.
Bu nəticə qədim mənbələrdə yazılanlarla üst-üstə düşür. Latındilli mənbələrdə qladiatorların ətdən az istifadə etdiyi, lakin gündəlik qida rasionunda paxlalı və dənli bitkilərin geniş yer aldığı göstərilir. Buna görə də xalq arasında onlara “arpayeyən” (Hordearii) deyilirdi. Bu cür qida rejimi döyüş zamanı yaranan zədələrin tez sağalmasına kömək edirdi.
Qladiatorların gündəlik menyusunda müxtəlif ağac və otların külündən hazırlanan “şərbət” də yer alırdı. Kül orqanizmin kalsium ehtiyacını təmin edir, sümükləri möhkəmləndirirdi.