Bakıda quru otluq sahədə yanğın söndürüldü
    • 9-07-2023, 14:51
    • 210

Bakıda quru otluq sahədə yanğın söndürüldü

Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində quru otluq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə News24.az-a FHN-dən xəbər verilib.

Yanğınsöndürmə işlərinə "Azərbaycan Dəmir Yolları" QSC-nin yanğınsöndürmə qatarı da cəlb olunub.

Əlavə məlumat veriləcək.