Bakıda açıq sahədə yanğın başlayıb
    • 19-08-2020, 16:52
    • 750

Bakıda açıq sahədə yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində açıq sahədə yanğın olması barədə məlumat daxil olub.

News24.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.