Xırdalanda güclü yanğın — VİDEO
    • 22-06-2022, 15:18
    • 343

Xırdalanda güclü yanğın — VİDEO

Xırdalanda güclü yanğın başlayıb.

FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonunun Xırdalan şəhərində otluq və qamışlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.