Daşkəsəndə silah-sursat aşkarlandı
    • 10-07-2023, 10:42
    • 182

Daşkəsəndə silah-sursat aşkarlandı

Daşkəsən rayonunda kənd ərazisində silah-sursat aşkarlanıb.

Bu barədə News24.az-a Qərb bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Daşkəsən Rayon Polis Şöbəsinə rayonun Çanaqcı kəndi ərazisində silah-sursat olması barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları həmin ünvanlara gələrək müvafiq tədbirlər həyata keçirib. Polis əməkdaşları kənd ərazisindən keçən çayın yatağına baxış keçirən zaman oradan 126 ədəd 7,62 kalibirli avtomat, 99 ədəd pulemyot patronları və 3 ədəd F1 əl qumbarası aşkar edərək götürüb.