Gəncədə silah-sursat tapılıb
    • 17-02-2021, 10:39
    • 482

Gəncədə silah-sursat tapılıb

Gəncə şəhər ərazisində silah-sursat aşkarlanıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Məlumatda bildirilir ki, Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Post Patrul Xidməti Taborunun əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, şəhər ərazisində məişət tullantıları üçün nəzərdə tutulan sahələrin birində silah-sursat aşkarlayıb.

Dərhal ANAMA-nın əməkdaşları həmin əraziyə dəvət olunaraq müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalar zamanı oradan “F-1”, 1 ədəd “RQD 5” əl qumbaraları, 2 ədəd “UZQRM” qumbara partladıcısı, 96 ədəd müxtəlif kalibirli avtomat və tapança patronları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.