Fidan Blinkenlə NATO-nun genişlənməsini müzakirə etdi
    • 10-07-2023, 16:53
    • 462

Fidan Blinkenlə NATO-nun genişlənməsini müzakirə etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkenlə NATO-nun genişlənməsi və alyansın Vilnüs sammitinə hazırlıq məsələlərini müzakirə edib.

News24.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Bu gün xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb. Söhbət zamanı NATO-nun genişlənməsi məsələləri və NATO-nun Vilnüsdə keçiriləcək sammitinə hazırlıq müzakirə edilib”, - Türkiyə XİN-dən bildirilib.

Qeyd edək ki, iyulun 11-12-də NATO sammiti keçiriləcək, bütün alyans ölkələrinin liderləri iştirak edəcək.

Akqabay