Beş dəqiqədə hər şeyi itirdim - Özgü Namal
    • 10-07-2023, 18:36
    • 854

Beş dəqiqədə hər şeyi itirdim - Özgü Namal

2020-ci ildə həyat yoldaşını ürək tutmasından itirən tanınmış aktrisa Özgü Namal uzun müddətdın sonra ekranlara geri dönür.

News24.az Olay-a istinadən xəbər verir ki, övladları Nefes və Elem ilə özünə yeni həyat quran Özgü Namal həmkarı Gökçe Bahadırın musiqiçi həyat yoldaşı Emir Ersoyun səhnəsində qonaq olub.

"Bilirsinizmi, həyat 5 dəqiqədir. 5 dəqiqədən sonra həyatını, sevdiyini, hər kəsi itirə bilərsən. Mən bunu yaşadım. Beş dəqiqədə hər şeyi itirdim və həyatım həmişəlik dəyişdi. Bunu sizi məyus etmək üçün demirəm. Həyatınızın, sevdiklərinizin qiymətini bilin” – deyə aktrisa onu dinləyənlərə məsləhət verib. 

Qeyd edək ki, Özgü Namal 2014-cü ildə Ahmet Serdar Oralla ailə qurub və bu evlilikdən 2 uşaq dünyaya gətirib.