KTM-də "Qızılca xəstəliyi müalicəsi" mövzusunda konfrans keçirilib - FOTO
    • 28-02-2019, 12:24
    • 1 778

KTM-də "Qızılca xəstəliyi müalicəsi" mövzusunda konfrans keçirilib - FOTO

Bu gün Kliniki Tibbi Mərkəzdə "Qızılca xəstəliyi, epidemiologiyası, diaqnostika və müalicəsi" mövzusunda elmi-praktiki konfrans keçirilib.

News24.az Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, konfransı giriş sözü ilə açan Kliniki Tibbi Mərkəzin müalicə işləri üzrə müavini Məhəbbət İbrahimova bu xəstəlik barədə ümumi məlumat verib.
 
Məruzəçi Kliniki Tibbi Mərkəzin 1-ci yoluxucu xəstəliklər şöbəsinin həkim-rezidenti Aytən Haqverdiyeva ölkədə qızılca xəstəliyinin aktuallığını nəzərə alaraq geniş məlumat verib.
 
Sonra Britaniya Tibb Jurnalının (BMJ) Azərbaycanda rəsmi nümayəndəsi Sevinc Həsənova əldə edilən nailiyyətlərdən söz açıb.
 
Məruzədən sonra həkim-infeksionist Lalə Nəbiyeva, ümumi reanimasiya şöbəsinin müdiri Rauf Cəfərquliyev və ümumi terapiya şöbəsinin müdiri Məhəbbət Qəmbərova çıxış edərək Respublikanın şəhər ve rayonlarında qızılca xəstəliyinin epidemiya xarakterli yayılması ilə əlaqədar ölkədə sanitar və əksepidemik tədbirlərin daha da gücləndirilməsi və əhali arasında səhiyyə maarifinin aparılması barədə tövsiyyələr verdilər.