Culfada avtomobil aşıb, xəsarət alanlar var
    • 10-07-2023, 21:39
    • 245

Culfada avtomobil aşıb, xəsarət alanlar var

Culfa rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az​​​ xəbər verir ki, hadisə rayonun Əlincə kəndində qeydə alınıb.

Avtomobilin aşması nəticəsində Culfa rayon Bəyəhməd kənd sakini, 1994-cü il təvəllüdlü Allahverdiyev Təbriz Elşad oğlu və Şahbuz rayon sakini, 1977-ci il təvəllüdlü İbrahimova Sevinc Baxşəli qızı xəsarət alıb.

Zərərçəkənlər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.