Naxçıvanda maşın aşıb, xəsarət alanlar var
    • 15-02-2023, 10:38
    • 154

Naxçıvanda maşın aşıb, xəsarət alanlar var

Naxçıvanın Kəngərli rayonunda yol qəzası baş verib.

News24.az
 xəbər verir ki, rayonun Çalxanqala kəndində 1992-ci il təvəllüdlü Ceyhun Hacıyevin idarə etdiyi avtomobil yoldan çıxaraq aşıb.
Nəticədə, sürücü və sərnişin 2000-ci il təvəllüdlü Hülya Hüseynli müxtəlif bədən xəsarətləri alıb.Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.