İranda hicab qadağası: 60 tələbə universitetdən çıxarıldı
    • 11-07-2023, 02:00
    • 227

İranda hicab qadağası: 60 tələbə universitetdən çıxarıldı

İranda hicab taxmaqdan imtina edən qız tələbələri universitetlərə buraxmırlar.

Bu barədə “The Guardian“ yazır. 

Nəşrin məlumatına görə, hicabın məcburi geyinilməsi ilə bağlı qanunu pozduqlarına görə qızlara saxta intizam dinləmələri verilir, dərslərdən uzaqlaşdırılır və “sıfır qiymətlərlə” hədələnir.

Qeyd olunur ki, ən azı 60 tələbə hicab taxmaqdan imtina etdiyi üçün universitetdən çıxarılıb.

Təhlükəsizlik qüvvələri hicabsız qızları zorla sinif otaqlarından çıxarır, onlara dəstək verən professorlar da təqib olunur.

Tələbələr həmçinin iddia edirdilər ki, universitet təhlükəsizlik qüvvələri yataqxanalarda şiddətli reydlər keçirir və tələbələri etirazçılara və edam məhbuslarına dəstək olaraq sosial şəbəkələrdə paylaşım etdiklərinə görə ölkədən çıxarırlar. /Lent.az/