"Qarabağ" və "Neftçi" dünya reytinqində gerilədi
    • 11-07-2023, 10:15
    • 251

"Qarabağ" və "Neftçi" dünya reytinqində gerilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

News24.az xəbər verir ki, 300 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən "Qarabağ" və "Neftçi" yer alıb.

“Köhlən atlar” ötən ayla müqayisədə 3 pillə geriləyib. Ölkə çempionu 138,5 xalla 74-cüdür.

67 xala malik "Neftçi" 4 sıra itirərək 291-ci olub.

Reytinqdə lider dəyişməyib. İspaniyanın “Real Madrid” klubu 315 xalla birincidir. UEFA Çempionlar Liqasının qalibi olan İngiltərənin "Mançester Siti" komandası 311 xalla ikincidir. İlk "3-lüy"ü 296 xalla Braziliya təmsilçisi “Flamenqo” qapayır.