Şəmkirdə narkotik alverçiləri həbs edildi – FOTO
    • 11-07-2023, 12:44
    • 168

Şəmkirdə narkotik alverçiləri həbs edildi – FOTO

Şəmkir rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

News24.az xəbər verir ki, şöbə əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində saxlanılan Anar Məmmədzadənin üzərindən qurdulmuş marixuana aşkar edilib.

Bundan başqa şöbənin Zəyəm polis bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Tatarlı kənd sakini Süleyman Abdullayevin özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə əkdiyi narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb.

Əraziyə baxış zamanı oradan 70 ədəd çətənə aşkar edilib.

Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını bir müddət əvvəl əkdiyini etiraf edib.