Son 2 ayda intihar edən sərhədçilərimiz…
    • 11-07-2023, 13:19
    • 165

Son 2 ayda intihar edən sərhədçilərimiz…

Son iki ayda (iyun, iyul aylarında) DSX-nin 3 hərbçi qulluqçusu intihar edib.

News24.az son iki ayda intihar edən hərbi qulluqçuların siyahısını təqdim edir:

1. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, kiçik gizir Rahil Rahib oğlu Əhmədov - 10 iyun tarixində odlu silahdan atəş açmaqla özünü öldürüb;

2. DSX-nin Qazax əlahiddə sərhəd diviziyasının hərbi qulluqçusu baş çavuş Pərviz Azər oğlu Hacıyev - 17 iyun tarixində odlu silahdan atəş açaraq intihar edib;

3. DSX-nin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Kənan Seymur oğlu Bəkiyev - 10 iyul tarixində odlu silahdan atəş açaraq intihar edib.