Nazir rəisi işdən çıxardı - YENİ TƏYİNATLAR
    • 11-07-2023, 15:20
    • 291

Nazir rəisi işdən çıxardı - YENİ TƏYİNATLAR

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Lənkəran Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsindən azad edilib.

News24.az qaynarinfo-ya istinadən xəbər verir ki, nazir Muxtar Babayevin müvafiq əmri ilə idarənin rəisi Şakir Quliyev işdən çıxarılıb.

Nazirin digər əmri ilə Şakir Quliyev 11 saylı Bakı şəhəri üzrə Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində qrup rəhbəri təyin olunub.

Nazirin digər əmri ilə sözügedən vəzifəyə Hüseynov Ceyhun Həsən oğlu təyin edilib. O, bu vəzifəyə qədər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəhbərliyində təmsil olunub və 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi olub.

Şakir Quliyev isə 11 saylı Bakı şəhəri üzrə Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf Mühitin Mühafizəsinə Nəzarət, ekoloji marifləndirmə sektorunun, bioloji resurslar qrupunun baş məsləhətçi müfəttişi, qrup rəhbəri vəzifəsinə gətirilib.