"Ölkə qarşısında duran bir çox vəzifələr var" - Prezident
    • 11-07-2023, 18:31
    • 210

"Ölkə qarşısında duran bir çox vəzifələr var" - Prezident

Ölkə qarşısında duran bir çox vəzifələr var. İnfrastruktur layihələri təkcə Qarabağda, Şərqi Zəngəzurda yox, bütün ölkə üzrə həyata keçirilir.

News24.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib.

Sənaye inkişafı ilə bağlı və digər məsələlərlə bağlı çox böyük maliyyə resurslarımızın cəlb olunduğunu deyən dövlət başçısı deyib: “Biz ayrılan hər bir vəsaitə böyük qənaətlə yanaşmalıyıq və şəffaflıq tam təmin edilməlidir - həm büdcə gəlirlərinin toplanmasında, həm də xərclənməsində. Qeyd etdiyim kimi, büdcəyə əlavə edildikdə ikinci əsas istiqamət hərbi gücümüzün artırılmasına istiqamətləndirilmişdir. Bu da təbiidir. Beynəlxalq vəziyyət bəllidir”./AZƏRTAC/