Makron, Şolts və Draqi Ukraynaya səfər edəcəklər
    • 6-06-2022, 00:15
    • 343

Makron, Şolts və Draqi Ukraynaya səfər edəcəklər

Fransa, Almaniya və İtaliya liderləri - Emmanuel Makron, Olaf Şolts və Mario Draqi iyunun 16-da Ukraynaya səfər edəcəklər.

Avropa liderlərinin Kiyevə gəlişini Avropa İttifaqının yüksək rütbəli diplomatları və rəsmiləri də təsdiqləyib.

Dövlət və hökumət başçıları Avropa Komissiyasının Aİ-yə namizədlik statusu ilə bağlı qərarını açıqlamadan öncə dəstək ifadə etmək üçün Ukrayna lideri Volodimir Zelenski ilə görüşməyi planlaşdırırlar.

Avropalı diplomatların fikrincə, Avropa Komissiyasının Ukraynaya namizəd statusunun verilməsini tövsiyə edəcəyi gözlənilir. /Oxu.az/