“Qarabağ” son dəqiqədə qələbə qazandı - Yenilənib
    • 11-07-2023, 21:33
    • 451

“Qarabağ” son dəqiqədə qələbə qazandı - Yenilənib

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start veriləcək.

News24.az xəbər verir ki, ölkəmizi bu turnirdə təmsil edən “Qarabağ” ilk oyununa Cəbəllütariqdə çıxacaq. Qurban Qurbanovun komandası yerli “Linkoln”la qarşılaşacaq. 

Start fiti Bakı vaxtı ilə saat 19:30 veriləcək görüşü latviyalı hakimlər briqadası idarə edəcək. 

Komandalar arasında cavab oyunu iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyun
11 iyul

“Linkoln” (Cəbəllütariq) – “Qarabağ” (Azərbaycan)
“Viktoriya” stadionu. Baş hakim:  Vitalijs Spasjonnikov

***

Komandaların start heyətləri açıqlanıb:
Ətraflı

“Linkoln” 23. Deyl Kolinq, 5. İbrahim Ayu, 24. Con Sarcent, 6. Bernardo Lopes (k), 21. Nano, 88. Mandi, 20. Mustafa Yahaya, 66. İtan Britto, 10. Liam Uoker, 9. Kike Qomes, 11. Xuampe
Ehtiyat oyunçular: 1. Nauset Santana, 13. İvan Villanueva, 4. Samson Ajayi, 7. Li Kasyaro, 19. Xuan Penya, 29. Li Çipolina, 31. Conatan Şortino, 33. Djumaney Börnet, 77. Kayl Klinton, 99. Santi Luke.
Baş məşqçi: Xavi Munyos.

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev (k), 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 99. Redon Cica, 90. Nəriman Axundzadə.

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 7. Yassin Benzya, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 55. Bədavi Hüseynov, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.

***

Oyun başladı.

***

25-ci dəqiqədə meydan sahibləri hesabı açır. Qomez fərqlənir.

***

İlk hissə başa çatdı.

***

İkinci hissə başladı.

***

Cəbəllütariqdə "Linkoln" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda hesab bərabərləşib.

58-ci dəqiqədə Ağdam klubunun hücumçusu Redon Cica tarazlığı bərpa edib - 1:1.
***
“Qarabağ” Benzianın son dəqiqə qolu ilə qələbə qazanır - 2:1.