"Qarabağ"dan üçüncü qol -  QƏLƏBƏ! - YENİLƏNDİ
    • 19-07-2022, 21:51
    • 671

"Qarabağ"dan üçüncü qol - QƏLƏBƏ! - YENİLƏNDİ

Oyun "Qarabağ"ın 3:2 hesablı qələbəsi ilə başa çatdı.

****

Bakıda "Qarabağ" və İsveçrənin "Sürix" komandası arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda növbəti qol vurulub.

85-ci dəqiqədə qonaqların futbolçusu Mirlind Kryeziu penaltini dəqiq yerinə yetirib.

Azərbaycan təmsilçisi hazırda 3:2 hesabı ilə öndədir.

***

Qoldan bir dəqiqə sonra "Qarabağ" hesabı 3:1-ə çatdırır. Vadji dubl edir.

***
Matçın 65-ci dəqiqəsində qonaqlar hesab arasındakı fərqi azaldır - 2:1. Yanik Brexer fərqlənir.

***


UEFA Çempionlar Liqasınının II təsnifat mərhələsi çərçivəsində keçirilən “Qarabağ”-“Sürix” qarşılaşmasında ikinci hissə start götürüb.

***
"Qarabağ" ikinci qolu vurdu. İbrahima Vadji fərlənir - 2:0.

***
17-ci dəqiqədə Kadi Borges hesabı açdı.

***
Bakıda "Qarabağ" və İsveçrənin "Sürix" komandası arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu başlayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 20:00-da start götürüb.
Görüşü Irfan Peltonun başçılıq etdiyi Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edir.

***

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” bu gün 2-ci təsnifat mərhələsində ilk oyununu keçirəcək.

News24.az xəbər verir ki, Ağdam klubu Tofiq Bəhramov adına Respubluka stadionunda İsveçrənin “Sürix” komandası ilə qarşılaşacaq.
Bu komandalar arasındakı cavab matçı iyulun 27-də İsverçədə keçiriləcək.

UEFA Çempionlar Liqası

2-ci təsnifat mərhələsinin ilk oyunu

20:00. Qarabağ – Sürix (İsveçrə)

Hakimlər: İrfan Pelto, Senad İbrisimbeqoviç, Davor Belyo, Miloş Giqoviç (hamısı Bosniya və Herseqovina).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

***
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 81. Kevin Medina, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 11. Ovusu Kvabena, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev
“Sürix”: 25. Yanik Brexer 2. Lindrit Kamberi 3. Adrian Gerrero, 6. Fidan Aliti, 10. Antonio Markesano, 16. Mark Hornşux, 19. Nikola Boraniyaşeviç, 21. Blerim Cemayli, 22. Vilfred Qnonto, 23. Fabian Roner, 31. Mirlind Kryeziu

Ehtiyat oyunçular: 1. Jivko Kostadinoviç, 34. De Nitti, 7. Bledian Krasniqi, 8. Ole Selnes, 9. İvan Santini, 11. Jonatan Okita, 15, Ayequn Tosin, 17. Şeyk Konde, 28. Karol Mets, 33. Ştefan Zayler, 35, İlan Sauter, 39. Akakiy Qogia