Qobustanda avtomobil qəzasında 2 nəfər ölüb
    • 11-07-2023, 23:40
    • 190

Qobustanda avtomobil qəzasında 2 nəfər ölüb

Qobustanda ölümlə nəticələnən qəza baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan ​News24.az​​​-a verilən məlumata görə, bu gün axşam saatlarında Qobustan rayonunun Şıxzahırlı ərazisində "Mercedes" markalı avtomobilin sürücüsü, 1985-ci il təvəllüdlü Cavid Mürsəliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Nəticədə sürücü və avtomobildəki sərnişin 1988-ci il təvəllüdlü Cavid Həmzəyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.