Ağsuda yük maşını aşdı — Ölən var
    • 6-06-2023, 10:19
    • 197

Ağsuda yük maşını aşdı — Ölən var

Bu gün səhər saatlarında Ağsu rayonu ərazisində “Kamaz” markalı yük avtomobilinin sürücüsü, 1987-cı il təvəllüdlü İmişli rayon sakini Elmin Əliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb.

News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.