-
- 12-07-2023, 11:34
- 335
Razi Nurullayev: "Polis olmasa, ölkə xaosa dönər"
Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Gədəbəy hadisələrinə münasibət bildirib.
Dövlət başçısı Nazirlər Kabinetini, Ekologiya və Təbii Sərvətlər Nazirliyini tənqid edərək deyib: “Mən demişəm, gedin orada camaatla danışın, o torpağın, havanın nümunələrini götürün, beynəlxalq ekspertləri cəlb edin ki, - çünki nazirlik bir halda bu hadisənin səbəbkarı olub, ola bilər ki, işi malalasın, - onlar rəy versinlər, bu yataqların istismarı nə dərəcədə insanların sağlamlığına, təbiətə zərərlidir, ya zərərli deyil? Bu günə qədər cavab yoxdur”.
Prezident tapşırıb ki, bir həftə ərzində həm ona, həm ictimaiyyətə məlumat verilməlidir və məsələ araşdırılmalıdır.
Ölkə başçısının çıxışını News24.az-a şərh edən millət vəkili Razi Nurullayev bu fikirləri deyib:
"Cənab Prezidentdən Gədəbəy hadisələri ilə bağlı mövqeyi xalqımız gözləyirdi. Müxalifət partiyasının sədri kimi ölkə başçısının mövqeyini bilirdim. Bilirdim ki, dövlət başçısı bu məsələlərdə qətiyyətli fikir ortaya qoyur. Prezident İlham Əliyev məsələnin mahiyyətini düzgün izah etdi. Bəli, problemlərin yaranmasında əsas səbəb insanların səsinin eşidilməməsidir. Bir çox yerlərdə insanların fikri nəzərə alınmır, saya salınmırlar, hesablaşmırlar. 4-5 aydan çox idi ki, Gədəbəy hadisələrini izləyirdim. Bir neçə dəfə etiraz da etmişdim. Ölkə başçısının bu məsələ ilə bağlı mövqeyi xalqımızın ürəyincə oldu.
Prezidentin polislə bağlı səsləndirdiyi fikirlər də yerindədir. Polisi hədəfə almaq doğru deyil. Polisin işi asayişi təmin etməkdir. Azərbaycanda polis olmasa, ölkə xaosa dönər".
Məhərrəm Əliyev