"Azərbaycan Cənubi Qafqazda Türkiyənin ən önəmli müttəfiqidir" - VİDEO
    • 12-07-2023, 11:24
    • 143

"Azərbaycan Cənubi Qafqazda Türkiyənin ən önəmli müttəfiqidir" - VİDEO

Azərbaycan Cənubi Qafqazda Türkiyənin ən önəmli müttəfiqidir. 

News24.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Türk Şəhidliyini ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.

"Türkiyə, Azərbaycan və Şimali Kipr bir millət, üç dövlətdir. Türkiyənin Aralıq Dənizində Şimali Kiprlə olan münasibəti kimi, Cənubi Qafqazda da Azərbaycanla olan münasibəti önəmlidir. Bu baxımdan da son dərəcə önəmli və xüsusi diqqət yetirdiyimiz bir münasibətdir. Burada Azərbaycanın güclü olması, Türkiyənin də öz bölgəsində güclü olması deməkdir. Eyni şəkildə də Şimali Kiprin güclü olması", - Türkiyə Parlamentinin sədri bildirib.