"Türkiyə hər sahədə gücünü artırır" - Numan Kurtulmuş - VİDEO
    • 12-07-2023, 11:35
    • 160

"Türkiyə hər sahədə gücünü artırır" - Numan Kurtulmuş - VİDEO

Türkiyənin qarşımızdakı dövrdə sözü güclü, gücü təsirli bir Türkiyə inşa etmə qərarlılığında olduğunu bütün dünyaya elan etdik. Məqsədimiz Türk dünyasının beynəlxalq arenada daha da güclənməsinə xidmət etməkdir.

News24.az xəbər verir ki, bunu Bakıda jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş deyib.

"Türkiyə hər sahədə gücünü artıraraq son dərəcə güclü bir ölkə kimi dost və qardaş ölkələrlə bir yerdə daha da inkişaf edəcək. Bu səfərimizin başqa bir mənası da türk dövlətləri ilə münasibətlərimizin inkişaf etdirilməsinin daha bir mesajıdır", - N.Kurtulmuş qeyd edib.

TBMM sədri əlavə edib ki, Türkiyədə bütün rəsmilər ilk səfərlərini Şimali Kipr Türk Respublikasına və Azərbaycana edirlər: "Dünən Şimali Kiprə səfər etdik. Türkiyə Şimali Kipr və Azərbaycanla Mavi Vətən layihəsi də daxil olmaqla, bütün siyasi layihələrdə bundan sonra da birlikdə hərəkət edəcək".

N.Kurtulmuş vurğulayıb ki, Azərbaycanın güclü olması, Türkiyənin də öz bölgəsində güclü olması deməkdir.

Akqabay