TBMM-in sədri Türk Şəhidliyi abidəsini ziyarət etdi
    • 12-07-2023, 11:13
    • 208

TBMM-in sədri Türk Şəhidliyi abidəsini ziyarət etdi

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Türkiyə səfirliyinin Bakıdakı nümayəndə heyəti ilə birgə Türk Şəhidliyi abidəsini ziyarət edib.

News24.az xəbər verir ki, TBMM sədri Türk Şəhidliyi abidəsi önünə əkil qoyub, şəhidlərin məzarları üzərinə gül dəstələri düzüb. Türkiyə Parlamentinin sədri burada xatirə dəftərini imzalayıb.

Xatırladaq ki, Numan Kurtulmuş TBMM-in sədri vəzifəsinə seçildikdən sonra ilk dəfədir Azərbaycana səfərə gəlib.

Akqabay