Ərdoğanla görüşmək çox gözəl idi - Bayden
    • 12-07-2023, 12:27
    • 132

Ərdoğanla görüşmək çox gözəl idi - Bayden

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Co Baydenin NATO Zirvəsi çərçivəsində 1 saat 15 dəqiqə görüşü baş tutub.

News24.az xəbər verir ki, görüşdə Türkiyə ilə ABŞ arasında siyasi, iqtisadi və ticari əlaqələr, təhlükəsizlik sahəsində əməkdaşlıq imkanları və regional məsələlər müzakirə edilib.

Görüşdən sonra ABŞ  prezidenti Bayden görüş haqqında “Ərdoğanla görüş əla idi” açıqlamasını verib: "Türkiyənin İsveçin üzvlüyünü qəbul etməsi ilə tarixi xüsusiyyəti daha da artan NATO Zirvə toplantısında bu gün prezident Ərdoğanla yenidən görüşmək çox gözəl idi”.

Arzu