Səhiyyə Nazirliyi valideynlərə müraciət etdi
    • 12-07-2023, 15:14
    • 185

Səhiyyə Nazirliyi valideynlərə müraciət etdi

Yay aylarında hava isti olduğundan qidaların tərkibi tez dəyişir və buna görə qidalanmada diqqətli olmaq lazımdır.

News24.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev deyib. Həkimin sözlərinə görə, yüngül və yeni hazırlanmış qidalara üstünlük vermək lazımdır:

"Yay aylarında hava isti olduğundan həm uşaqlarda, həm də böyüklərdə iştahsızlıq müşahidə edilə bilər. Buna görə yüngül zülallı qidalara, ağartı məhsullarına üstünlük vermək lazımdır".

Həkim bildirib ki, isti aylarda iştahsızlıqdan müəyyən qədər çəki itkisi olsa da, bu narahat olunacaq məqam deyil.

"Xüsusilə də uşaqlar yemək yeməyəndə və ya iştahsız olanda valideynlər narahat olmamalıdırlar" - həkim qeyd edib.