Ərdoğanla gözlənilən görüş baş tutdu
    • 12-07-2023, 15:22
    • 172

Ərdoğanla gözlənilən görüş baş tutdu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO sammiti çərçivəsində ikitərəfli görüşlərini davam etdirir.

News24.az xəbər verir ki, Türkiyə lideri İspaniya Baş naziri Pedro Sançes və Hollandiya Baş naziri Mark Rutte ilə görüşüb.

Prezident Ərdoğan bu görüşlərin ardından Yunanıstan Baş naziri Kiryakos Mitsotakislə bir araya gəlib.

Yunanıstan və Türkiyə liderlərinin görüşüb-görüşməyəcəyi uzun müddətdir müzakirə olunurdu.