-
- 12-07-2023, 17:52
- 245
Əli Əsədov Numan Kurtulmuşla görüşdü
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 12-də ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşüb.
Nazirlər Kabinetindən verilən xəbərə görə, görüş zamanı 2023-cü ilin hər iki ölkə üçün xüsusilə əlamətdar olduğu bildirilərək cari ildə həm Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, həm də Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 illiyinin qeyd olunduğu vurğulandı.
Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bir millət, iki dövlət prinsipinə uyğun olaraq bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi.
İki ölkə arasında əlaqələrin dövlət başçılarının səyləri nəticəsində strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək zirvəsinə çatdığı qeyd olundu.
İkitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin rolu yüksək qiymətləndirildi, Milli Məclislə Türkiyə Böyük Millət Məclisi arasında həm ikitərəfli, həm də beynəlxalq müstəvidə qarşılıqlı faydalı əməkdaşlığın mövcud olduğu vurğulandı.
Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin ticarət-iqtisadi, enerji, nəqliyyat, kənd təsərrüfatı, humanitar, turizm və digər sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə edildi.