Bakıda məktəb çatışmazlığı: "Bir sinifdə 54 uşaq var..."- VİDEO
    • 12-07-2023, 18:53
    • 337

Bakıda məktəb çatışmazlığı: "Bir sinifdə 54 uşaq var..."- VİDEO

Paytaxtda hazırda 320 orta ümumtəhsil məktəbi var ki, onlarda da 600 minə yaxın şagird təhsil alır. Yəni ciddi şəkildə məktəb çatışmazlığı var. 

News24.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Kamran Əsədov bildirib.

Onun fikrincə, şagird sıxlığı da birmənalı olaraq təhsilin keyfiyyətinə mənfi təsir göstərir: “Ən ciddi şagird sıxlığı Bakıda, Abşeron və Xəzər rayonlarında müşahidə olunur. Xırdalan şəhərində təkcə iki məktəbdə 6 mindən çox şagird oxuyur. Bu sıxlığın da başlıca səbəbi hazırda paytaxt ərazisindəki kütləvi məskunlaşmadır".

Ekspert bildirib ki, Bakıda təkcə birinci sinfə 48 min şagird gedir, bu o deməkdir ki, bir sinifdə ortalama 45-54 nəfərə yaxın şagird təhsil alır: "Sözzüz ki, bu, təhsilin keyfiyyətinə mənfi təsiri göstərəcək". 

Ekspert problemdən çıxış yolunu modul tipli məktəblərin fəaliyyətə başlamasında görür. Bu, həm şagird, həm də nəqliyyat sıxlığının qarşısını alacaq.

Elm və Təhsil Nazirliyindən isə bildirilbi ki, məktəb tikintisi ilə bağlı qərarlar aidiyyatı qurumlarla razılaşdırılmış şəkildə, əhalinin sıxlığı və yaşayış şəraitinə uyğun olaraq verilr. Hələlik isə sözügedən məkanlarda yeni məktəb tikintisinin aparılması ilə bağlı qərar yoxdur.

Nərmin Murad
Hüseyn Həsənov