Füzulidə ağır qəza - 48 yaşlı kişinin beli sındı
    • 13-07-2023, 09:59
    • 262

Füzulidə ağır qəza - 48 yaşlı kişinin beli sındı

Füzuli rayonunda yol-nəqliyyat hadisəsi zamanı 48 yaşlı kişi ağır xəsarətlər alıb.

News24.az
xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1975-ci il təvəllüdlü Misirov Eldəniz Maksim oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona bel fəqərəsinin sınığı və kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır .