Nəsimi rayonunda gənc oğlan yol qəzasında ağır xəsarət aldı
    • 24-04-2021, 09:00
    • 417

Nəsimi rayonunda gənc oğlan yol qəzasında ağır xəsarət aldı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, Xan Şuşinski küçəsində motosikletlə avtomobilin toqquşması nəticəsində 1998-ci il təvəllüdlü Sadıqov Fuad Fərhad oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması, döş qəfəsinin əziyi diaqnozu qoyulub. /Report/