Azərbaycan-Monteneqro əlaqələrinin inkişaf dinamikası bizi sevindirir - İlham Əliyev
    • 13-07-2023, 11:15
    • 121

Azərbaycan-Monteneqro əlaqələrinin inkişaf dinamikası bizi sevindirir - İlham Əliyev

Azərbaycan-Monteneqro dövlətlərarası əlaqələrinin inkişaf dinamikası bizi sevindirir. Bu gün ölkələrimiz arasında münasibətlərin, bir sıra sahələrdə, xüsusilə də energetika və nəqliyyat sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanlar var.

News24.az
xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Monteneqronun milli bayramı münasibətilə monteneqrolu həmkarı Yakov Milatoviçə təbrik məktubunda ifadə edib.

“İnanıram ki, ənənəvi dostluq əlaqələrimizi möhkəmləndirmək, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün birgə səylərimizi bundan sonra da davam etdirəcəyik”, - məktubda vurğulanıb.

Dövlət başçısı Prezident Yakov Milatoviçə möhkəm cansağlığı, işlərində uğurlar, dost Monteneqro xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.