İlham Əliyev monteneqrolu həmkarını təbrik etdi
    • 12-07-2021, 14:39
    • 695

İlham Əliyev monteneqrolu həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Monteneqronun Prezidenti Milo Cukanoviçə təbrik məktubu ünvanlayıb.

News24.az xəbər verir ki, mətndə deyilir:

"Hörmətli cənab Prezident,

Monteneqronun milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan Respublikası ilə Monteneqro arasındakı münasibətlər uğurla inkişaf edir. İnanıram ki, ənənəvi dostluq əlaqələrimiz, qarşılıqlı faydalı əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq genişlənəcək və möhkəmlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Monteneqro xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".