Daha bir güneyli fəala ağır həbs cəzası verildi - FOTO
    • 13-07-2023, 18:18
    • 281

Daha bir güneyli fəala ağır həbs cəzası verildi - FOTO

Tehrandakı “Evin” həbsxanasında məhbus olan azərbaycanlı fəal Mahmud Ocaqlı Tehran İnqilab Məhkəməsi tərəfindən 16 il həbsə və əlavə cəzalara məhkum edilib.

News24.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı İranda İnsan Haqları Təşkilatına (HRANA) istinadla xəbər verib.

Bildirilir ki, Mahmud Ocaqlı İslam Cinayət Məcəlləsinə görə, “İslam Respublikası əleyhinə təbliğat aparmaq”, “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə Azərbaycanın Milli Hərəkat Qrupuna üzv olmaq” və “insanları döyüşə və bir-birini öldürməyə təhrik etmək” ittihamları ilə ümumilikdə 16 il müddətində azadlıqdan məhrum edilib.

Qeyd edək ki, daha əvvəl molla rejiminə etiraz etdikləri üçün milli-mədəni fəal Ramin Əliniyaya, aktivist Əli Rzayiyə, idmançı Səhənd Nurməhəmmədzadəyə və başqalarına həbs cəzaları verilib.