Putindən xəbərdarlıq: Ukrayna NATO-ya daxil olsa...
    • 13-07-2023, 20:52
    • 253

Putindən xəbərdarlıq: Ukrayna NATO-ya daxil olsa...

Ukraynanın NATO-ya üzvlüyü Rusiyanın təhlükəsizliyinə təhdid yaradacaq.

News24.az​​​ xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

“NATO-ya üzvlük Ukraynanın özünün təhlükəsizliyini artırmayacaq”, - Kreml rəhbəri bildirib.

Dövlət başçısı eyni zamanda vurğulayıb ki, Ukraynanın NATO-ya mümkün üzvlüyü hərbi müdaxilənin başlamasının səbəblərindən biri idi.