Ərdoğan taxıl müqaviləsinin müddəti bitməmiş Putinlə danışmağı planlaşdırır
    • 14-07-2023, 01:27
    • 220

Ərdoğan taxıl müqaviləsinin müddəti bitməmiş Putinlə danışmağı planlaşdırır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə taxıl müqaviləsinin müddəti bitənə qədər danışıqlar aparmaq niyyətindədir.

News24.az​​​ xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının nümayəndəsi Ömər Çelik Habertürk telekanalının efirində bildirib.

“Belə bir söhbət gözlənilir”, - deyə o əlavə edib.

O bildirib ki, Ankaranın İsveçin NATO-ya qəbulu ilə bağlı protokolun ratifikasiyası prosesini sürətləndirmək qərarı ilə əlaqədar ikitərəfli münasibətlərdə böhran gözləmir.

"Münasibətlərdə böhran olmayacaq, bunu gözləmək lazım deyil. Hər iki lider həssas mövzularda həmişə ortaq dil tapıb", - Çelik bildirib.