Putin  “Vaqner”çilərlə görüşünün təfərrüatlarını açıqlayıb
    • 14-07-2023, 01:40
    • 204

Putin “Vaqner”çilərlə görüşünün təfərrüatlarını açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin “Vaqner” döyüşçüləri ilə görüşünün təfərrüatları, həmçinin bu qeyri-rəsmi təşkilata münasibətindən bəhs edib.

News24.az​​​ xəbər verir ki, bu barədə dövlət başçısı “Kommersant” qəzetinin müxbiri Andrey Kolesnikova danışıb.

Putin iyunun 29-da “Vaqner” döyüşçüləri ilə görüşündən bəhs edərkən onların “hərəkətlərinin, yumşaq desək, təəssüf doğurduğunu” vurğulayıb:

“Bir tərəfdən onlarla görüşdə onların döyüş meydanında etdiklərinə, digər tərəfdən 24 iyun hadisələri zamanı etdiklərinə qiymət verdim. Üçüncüsü, o, döyüşlərdə iştirak da daxil olmaqla, onların gələcək xidmətinin mümkün variantlarını göstərdim. Vəssalam”.

Jurnalistin “Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) hərbi vahid olaraq qalıb-qalmayacağı sualına isə ölkə lideri sərt cavab verib:

“Axı “Vaqner” ÖHŞ mövcud deyil! Bizdə özəl hərbi təşkilatlar haqqında qanun mövcud deyil! Sadəcə yoxdur! Belə bir hüquqi şəxs mövcud deyil”.

O qeyd edib ki, “qrup var, lakin hüquqi baxımından mövcud deyil”:

“Bu, real leqallaşma ilə bağlı ayrıca məsələdir. Amma bu, Dövlət Dumasında, hökumətdə müzakirə edilməli olan məsələdir. Mürəkkəb məsələdir”.

Eyni zamanda, Putin muzdlularla görüşdə müəyyən vədlər verdiyini də bildirib. Prezident 35 nəfər “Vaqner” komandirlərinin olduğu iclasda bir neçə iş variantı təklif edib, bura o cümlədən onların bilavasitə komandiri olan “Sedoy” ləqəblinin rəhbərliyi altında.

“Yəni “Vaqner” döyüşçülərinin son 16 ayda komandanlığı altında xidmət etdiyi adam”, - A. Kolesnikov izah edib.

“Onların hamısı bir yerə toplaşıb xidmətlərinə davam edə bilərdilər. Onlar üçün heç nə dəyişməzdi. Onlara hər zaman həqiqi komandiri olan eyni adam rəhbərlik edəcəkdi”, - Putin deyib.

Jurnalistin “Bəs nə oldu?” sualına isə dövlət başçısı belə cavab verib: “Mən bunu deyərkən çoxu başını sallayaraq razılıq bildirirdi. Öndə oturan və bunu görməyən Priqojın isə dinlədikdən sonra dedi: “Yox, uşaqlar bu cür qərarla razı deyil”.