Putin: "Qanuni olaraq Vaqner yoxdur"
    • 14-07-2023, 17:28
    • 226

Putin: "Qanuni olaraq Vaqner yoxdur"

Rusiya prezidenti Vladimir Putin “Vaqner” muzdlu qrupunun qanuni olaraq mövcud olmadığını bildirib.

News24.az "Sözcü" nəşrinə istinadən xəbər verir ki, bu barədə o, Kommersant-a açıqlamasında deyib. 

"Bizim özəl hərbi şirkətlərlə bağlı qanunumuz yoxdur. Deməli, qanun yoxdursa, muzdlu şirkət də yoxdur", - deyə Rusiya prezidenti qeyd edib. 

Vəziyyətin Rusiya cəmiyyəti üçün çox aydın olduğunu deyən Putin Vaqner döyüşçülərinin müharibədə şərəflə döyüşdüklərini, lakin 24 iyun qiyamına cəlb olunmalarından təəssüfləndiyini vurğulayıb.

Məhərrəm Əliyev