Ali Radadan Zurabişviliyə ÇAĞIRIŞ: Saakaşvilini ƏFV EDİN!
    • 14-07-2023, 15:13
    • 151

Ali Radadan Zurabişviliyə ÇAĞIRIŞ: Saakaşvilini ƏFV EDİN!

Ukrayna Ali Radası Gürcüstanın keçmiş lideri Mixail Saakaşvilinin (2004-2013) ağır fiziki vəziyyəti ilə əlaqədar əfv olunması xahişi ilə Avropa İttifaqına üzv ölkələrin parlamentlərinə və Gürcüstan prezidenti Salome Zurabişviliyə müraciət edib.

News24.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Radanın deputatı Yaroslav Jeleznyak öz Telegram kanalında məlumat verib.

Ukrayna parlamenti Zurabişvilini parlamentin insan hüquqları üzrə komissarının Saakaşviliyə çıxışını təmin etməyə, Avropa parlamentlərini isə siyasətçinin əfv edilməsinin zəruriliyi ilə bağlı müvafiq qərarlar qəbul etməyə çağırıb.

O, həmçinin Tbilisini Ukrayna vətəndaşı olan Saakaşvilini Kiyevə köçürməyə çağırıb.

Qeyd edək ki, Mixail Saakaşvili 2021-ci ildən həbsdədir. Son aylar onun səhhəti xüsusilə aclıq aksiyasına görə sürətlə pisləşir.


Aynurə Pənahqızı