Avropa Parlamenti Saakaşvilinin azad edilməsi üçün hərəkətə keçdi
    • 16-02-2023, 10:25
    • 199

Avropa Parlamenti Saakaşvilinin azad edilməsi üçün hərəkətə keçdi

Avropa Parlamentinin deputatları Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin səhhətinin pisləşməsindən ciddi narahat olduqlarını bildiriblər.

News24.az xəbər verir ki, deputatlar təcili şəkildə onu müalicə üçün xaricə göndərməyə çağırıblar. Deputatlar təcili şəkildə Saakaşvilini azad etməyə çağırıblar. Onlar prezident Salome Zurabişvilini konstitusion hüququndan istifadə edərək onu əfv etməyə səsləyiblər.
Onlar bildiriblər ki, ölkədə Saakaşvili ilə rəftar Gürcüstan hökumətinin Avropa dəyərlərinə sadiqliyinə və elan olunmuş Avropa istəklərinə, o cümlədən Aİ-yə namizəd statusuna Gürcüstanın hələ nail olmadığına dair lakmus testidir.

Qətnamənin mətni lehinə 577, əleyhinə 33, bitərəf 26 səslə qəbul edilib.

Aynurə