İkinci "Titanik" faciəsi çəkiləcək
    • 14-07-2023, 15:46
    • 209

İkinci "Titanik" faciəsi çəkiləcək

Atlantik okeanında "Titanik"in qəzaya uğradığı yerə ekspedisiyaya 5 sərnişin aparan və faciəvi şəkildə qəzaya uğrayan “Titan” sualtı gəmisi haqqında film çəkilə bilər.

News24.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Məlumatda qeyd olunub ki, filmi çəkmək üçün “Titanik”in rejissoru Ceyms Kemerona təklif edilib.

Xatırladaq ki, 68 yaşlı Kemeron daha əvvəl "Titanik"in dağıntılarına baxmaq üçün Rusiya Elmlər Akademiyasının istismarı dayandırılmış “Mir” sualtı qayığından istifadə edib.

Məhərrəm Əliyev