-
- 28-06-2023, 23:45
- 697
"Titan" batiskafının bəzi detalları sahilə çıxarılıb
Atlantik okeanında qəzaya uğrayan "Titan" batiskafının bəzi detalları sahilə çıxarılıb.
News24.az xəbər verir ki, bu barədə Kanada mətbuatı məlumat yayıb. Bildirilir ki, batiskafın korpusunun bir neçə detalı Kanada sularında 4 000 metr dərinlikdən çıxarılıb. Xilasedici qrupun ABŞ-dan olan rəhbəri yüksək riskli sualtı missiyanın başa çatdığını bildirib. Artıq komanda daimi dislokasiya bazasına qayıdıb.
Xatırladaq ki, turistləri “Titanik”in qəzaya uğradığı yerə aparan sualtı qayıq iyunun 19-da Atlantik okeanında yüksək təzyiqən dağılıb. “Titan”ın göyərtəsindəki britaniyalı milyarder Hemiş Hardinq, batiskafın sahibi – “OceanGate” kompaniyasının rəhbəri Stokton Raş, pakistanlı biznesmen Şahzada Davud və onun oğlu Süleyman, fransalı okeanoqraf Pol-Anri Narjole həlak olub.