Azərbaycanlı zəvvarların sonuncu qrupu Vətənə döndü
    • 14-07-2023, 22:30
    • 188

Azərbaycanlı zəvvarların sonuncu qrupu Vətənə döndü

Sonuncu zəvvar qrupu Həcc ziyarətindən Azərbaycana geri dönüb.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri bildirib.

Onun sözlərinə görə, sonuncu zəvvar qrupunda 130 nəfər olub.

Qeyd edək ki, Azərbaycandan Həcc ziyarəti üçün ümumilikdə 1 440 zəvvar 8 təyyarə reysi ilə iyunun 17-dən 22-nə qədər ziyarətə gediblər. Zəvvarlar iyulun 5-dən Vətənə geri dönürlər. Bu il Həcc ziyarəti üçün bir nəfərlik ziyarət paketinin qiyməti 5 750 ABŞ dolları təşkil edib. /APA/