-
- 1-03-2019, 10:47
- 1 052
Qonur ayı Reabilitasiya Mərkəzinə təhvil verilib - FOTO
Quba rayonunda fərdi təssərrüfatlardan birində saxlanılan qonur ayı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşən qonur ayı baytar həkim tərəfindən müayinə olunub.
Ayı mərkəzdə iki ay reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.