Paşinyan Mişellə görüşdü - VİDEO
    • 15-07-2023, 12:41
    • 274

Paşinyan Mişellə görüşdü - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişellə görüşüb. 

News24.az xəbər verir ki, bu barədə Paşinyan Feysbuk səhifəsində qeyd edib.

Bu gün günorta Azərbaycan və Ermənistan liderlərinin, həmçinin Şarl Mişelin üçtərəfli görüşü baş tutacaq.

Qeyd edək ki, iyulun 14-də Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında görüş olub. Görüş 3 saat davam edib.

Bu gün Azərbaycan və Ermənistan liderlərinin, eləcə də Avropa Şurası rəhbərinin danışıqları üçtərəfli formatda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Akqabay